Xədicə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcək

6 noyabr 2020

Paylaş:

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlə vurulması nəticəsində valideynlərini və bacısını itirən Şahnəzərli Xədicə Röyal qızı ilə bağlı kütləvi informasiya vasitələrində və internet resurslarında məlumatlar yayılmışdır. Bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olmuşdur.

Bildiririk ki, 03.11.2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə səfər ediblər. 3 yaşlı Ş.Xədicə Samux rayonu Seyyidlər kəndində  ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir.

Hazırda kütləvi informasiya vasitələrində yayılmış məlumatı nəzərə alaraq bildiririk ki, azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb, qiymətləndirilmə aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcəkdir.

Qeyd edək ki, həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətə ətraflı məlumatlar təqdim ediləcəkdir.