“Biz sülhə səs veririk” adlı tədbir keçirilib

11 sentyabr 2020

Paylaş:

11 sentyabr 2020-ci il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş “Biz sülhə səs veririk!” adlı tədbir keçirilib. Tədbirdə Goranboy UADM-in əməkdaşları, Mərkəz könüllüləri və aztəminatlı ailələrdən olan uşaqlar iştirak ediblər.

Tədbirdə Beynəlxalq Sülh Gününün tarixindən bəhs edilib, qeyd olunub ki, 21 sentyabr təkcə dünya xalqları arasında deyil, həmçinin ailələrdə, məktəblərdə zorakılığa qarşı mübarizəyə həsr olunan bir gündür.

Tədbirdə iştirak edən uşaqlar sülhə aid rəsmlər çəkib, şeirlər söyləyib, mahnılar oxuyublar.

Tədbirin sonunda uşaqlar sülhə aid öz ürək sözlərini söyləyiblər.