“Məşğulluğun təmin edilməsi” mövzusunda onlayn görüş keçirilib

15 sentyabr 2020

Paylaş:

15 sentyabr 2020-ci il tarixində Ağdam  Uşaq və Ailələrə Dəstək Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı tərəfindən “Məşğulluğun təmin edilməsi”  mövzusunda onlayn görüş keçirilib.

Görüşdə  Ağdam UADM-nin sosial pedaqoqu, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının layihə  təlimçisi və biznes layihəyə cəlb edilən gənclər iştirak ediblər.

Görüşdə gənclərin kəndin sosial-ictimai həyatında fəal iştirakının təmin edilməsindən danışılıb.

Sonda layihə müddətində keçiriləcək təlimlərin mövzuları iştirakçıların diqqətinə çatdırılıb.