Bilik Günü münasibətilə tədbir keçirilib

11 sentyabr 2020

Paylaş:

11 sentyabr 2020-ci il tarixində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə “Hər uşağın təhsil almaq hüququ var” adlı tədbir keçirilib. Tədbirdə mərkəzə müraciət edən həssas təbəqədən olan ailələr və uşaqları iştirak ediblər.

Görüş zamanı mərkəzin direktoru yeni dərs ilinin başlaması münasibətilə iştirakçıları təbrik edərək uşaqların inkişafında təhsilin önəmindən danışıb. UADM olaraq ehtiyacı olan ailələri hər zaman diqqətdə saxlamağa çalışacaqlarını bildirib.

Görüşün sonunda uşaqlara məktəb çantası və ləvazimatları təqdim edilib.