Komitənin mərkəzlərində növbəti maarifləndirici onlayn tədbirlər keçirilib

27 avqust 2020

Paylaş:

27 avqust 2020-ci il tarixdə Komitənin mərkəzlərində müxtəlif mövzulu maarifləndirici tədbirlər keçirilib.

Zərdab və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasının tibbi personalı üçün Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasının qarşısının alınması məqsədi ilə onlayn seminarlar keçirilib.

Tədbirdə doğulan uşaqlar arasında cins nisbətinin pozulması, selektiv abortların və cinsi ayrıseçkiliyin, qadına qarşı zorakılığın qarşısının alınması, ər-arvad, ata-övlad, bacı-qardaş münasibətlərindən danışılıb. Tədbir zamanı yetkinlik yaşına çatmayan qızların zorla evləndirilməsi və bu məsələdə valideyn məsuliyyəti müzakirə olunub

Tədbirin sonunda iştirakçılara mövzu ilə əlaqəli elektron bukletlər göndərilib.

Ağdam UADM-də yeniyetmələr və gənclər üçün “Ailə planlaşması nədir?” adlı maarifləndirmə işi aparılıb.

Tədbirin məqsədi gənclər və yeniyetmələr arasında reproduktiv sağlamlığın təbliği, sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması üçün maarifləndirmə işinin aparılmasıdır.

Tədbirin sonunda “Ailə planlaşması nədir?” adlı məlumat vərəqələri elektron qaydada 50 nəfər gənc ailə üzvünə göndərilib.