Komitə İsmayıllıda yaşayan ailəni nəzarətə götürüb

28 avqust 2020

Paylaş:

27 avqust 2020-ci il tarixdə kütləvi informasiya vasitələrində İsmayıllı rayonunun Bizlan kəndində  çətin şəraitdə yaşayan 6 uşaqlı ailə haqqında məlumat yayılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal məsələni nəzarətə götürüb. Komitənin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ailənin  vəziyyətinin qiymətləndirilərək problemlərinin həlli istiqamətində adiyyəti sosial xidmətlərə yönləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.