“Ailə könüllüləri” layihəsinin bu günkü qonağı Axundovlar ailəsidir

21 avqust 2020

Paylaş:

“Ailə könüllüləri” layihəsi çərçivəsində Tərtər bölgəsindən olan Axundovlar ailəsi təqaüddə olan müəllim ailələri ilə görüşüblər.  Görüşə nənələri ilə gələn Axundovlar ailəsinin kiçik üzvləri üçün müəllimlərlə görüş faydalı oldu. Qeyd etmək istəyirik ki, Axundovlar ailəsinin iki üzvü – oğul və kürəkən - Qarabağ müharibəsində vətənimizin müdafiəsinə qatılmışdır. Bunlar Quliyevlər ailəsinin başçısı, uşaqların atası Qarabağ müharibəsində əlil olmuş Quliyev Elşən Süleyman oğlu (2017-ci ildə vəfat edib) və uşaqların dayısı, 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə şəhid olan Xeybər Axundov Araz oğludur. Erməni təcavüzü nəticəsində ailə yurd-yuvasından didərgin düşmüş, çətin günlər yaşamışlar. Görüş ailələr üçün maraqlı keçmiş, uşaqlarla vaxt keçirmək, söhbətləşmək çox xoş olmuşdur.