Dövlət Komitəsinin vakant dövlət qulluğu vəzifəsinin tututlması ilə bağlı daxili müsahibə elanı

19 avqust 2020

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

vakant dövlət qulluğu vəzifəsinin tututlması ilə bağlı daxili müsahibə elan edir:

  • İnformasiya və analitik araşdırmalar şöbəsi, böyük məsləhətçi

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • ərizə
  • ağ fonda rəngli fotoşəkil 1 ədəd (3 x 4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu  17 avqust 2020-ci il tarixdən 15 gün ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi - cümə günləri saat 10:00-dan 13:00-dək və 14:00‑dan 19:00-dək) təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahi­bədə ixtisas dərəcəsi, qiymətləndirmənin nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsinə müraciət edilə bilər.

Telefon:    012-498-00-92