Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qurban bayramı münasibəti ailələri təbrik edib

5 avqust 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Qurban bayramı münasibətilə aztəminatlı və həssas təbəqədən olan ailələrə bayram sovqatları təqdim olunub.

Bu günlərdə Komitə və Saatlı, Sabirabad, Hacıqabul, Şüvəlan, Zaqatala, İsmayıllı, Qəbələ, Zərdab, Ağdam, Göygöl və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərində qeydiyyatda olan 322 ailəyə Komitə ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən ərzaq yardımı çatdırılıb. Aztəminatlı və risk qrupundan olan ailələrin yaşayış şəraiti və sosial vəziyyətinin qiymətləndirilməsi aparılıb. Eyni zamanda “Ailədən-Ailəyə” aksiyası çərçivəsində bayram münasibətilə 45 ailə tərəfindən qurban payı paylanılıb.

Komitənin həyata keçirdiyi yardımlaşma kampaniyasına Qadın Resurs Mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və könüllü ailələr də qoşulublar. Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədr müavini Vəfa Abbasova, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan - Türkiyə İş Adamları Birliyinin sədri Cemal Yanğın və “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Fidan Abbaslı aksiyada yaxından və fəal iştirak edərək, ailələrə həm bayram sovqatını təqdim edib, həm də onların problemləri ilə maraqlanıblar.

Ümumilikdə, bayram günlərində 649 ailəyə ərzaq yardımı və qurban payları təqdim olunub.