Göygöldə “Valideyn-uşaq münasibətləri” adlı maarifləndirici görüş keçirildi

29 avqust 2020

Paylaş:

29 iyul 2020-ci il tarixində Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayon kənd nümayəndələri ilə birlikdə Zurnabad, Şəhriyar və Topalhəsənli kəndlərində “Valideyn-uşaq münasibətləri” adlı maarifləndirici görüş keçirilib.

Görüş zamanı ailədə uşaqların valideynləri ilə münasibətdə ana və atanın davranışlarından, valideynin uşaqlarına qarşı düzgün davranış formalarından bəhs edilərək, geniş məlumat verilib.

Görüş zamanı mövzu ilə əlaqədar 40-dan çox maarifləndirici buklet paylanılıb.