“Hüquq, məsləhət saatı” adlı onlayn vebinar keçirilib

28 iyul 2020

Paylaş:

28 iyul 2020-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə bir qrup köçkün gənclərin və hüquqşünasın iştirakı ilə “Hüquq, məsləhət saatı” adlı onlayn vebinar keçirilib.

Tədbir zamanı pandemiya dövründə köçkün gənclərin karantin qaydalarına əməl etməklə öz problemlərini asan həll etməsinə köməklik göstərilib.

Onlayn vebinar zamanı iştirakçıların sualları əsasında şəxsi mülkün bağışlanması, 18 yaşa çatdıqdan sonra əlillik pensiyasının uşağın adına keçirilməsi, narkotik vasitələrdən istifadə edənlərin düzgün müalicəyə cəlb olunması, həmçinin, qabaqlayıcı tədbirlərin görülməsi və köçkün gənclərin yaşayış evi ilə təmin olunması haqqında danışlıb.