Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həssas təbəqədən olan ailələrə yardımını davam etdirir.

2 avqust 2020

Paylaş:

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Saatlı, Sabirabad, Hacıqabul, Şüvəlan, Zaqatala, İsmayıllı, Qəbələ, Zərdab, Ağdam, Göygöl və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Müqəddəs Qurban bayramı münasibətilə əhaliyə bayram təbrikləri çatdırılıb.

Komitənin çağırışı ilə bir çox dövlət qurumlarının, Qadın Resurs Mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də "Ailədən-Ailəyə" layihəsi çərçivəsində ehtiyacı olan soydaşlarımıza yardım etmək istəyənlər bu prosesə qoşulublar.

"Ailəm könüllüləri"nin yaxından iştirakı ilə icmada yaşayan, davamlı olaraq regional mərkəzlərin nəzarətində olan, həmçinin yardım üçün onlara müraciət etmiş ailələrə səfər edilib, bayram sovqatları təqdim edilib.

Qeyd edək ki, bayram ərəfəsində Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən üç yüz əlli səkkiz ailəyə qurban əti və ərzaq yardımı paylanılıb.