Uşaq və Ailələrə Dəstək Mərkəzləri regionlarda sosial inteqrasiya və reabilitasiya fəaliyyətlərini onlayn qaydada davam etdirir

28 iyul 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Uşaq və Ailərə Dəstək Mərkəzləri tərəfindən ölkəmizdə koronavirus (COVID – 19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində elan olunan xüsusi karantin rejimində uşaqların asudə vaxtının və yay tətilinin səmərəli təşkili ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

 Dövlət Komitəsi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar diqqət mərkəzində saxlanılaraq onların  sosial inteqrasiya və sosial reabilitasiyasının təmin edilməsi, mövcud potensial və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə onlayn qaydada psixoloji, loqopedik və inkişafetdirici məşğələlər həyata keçirilir.

2020-ci ilin iyun-iyul ayları ərzində həftədə bir neçə dəfə olmaqla  iki yüz iyirmi uşaq üçün altı yüz səksən üç onlayn məşğələ keçirilmişdir. Keçirilən məşğələlərə uşaqlarla birlikdə valideynlər də cəlb olunaraq, valideynlik bacarıqlarının artırılması istiqamətində onlara  zəruri məsləhət və tövsiyələr verilmişdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların mövcud potensialının artırılması istiqamətində əldə olunan irəliləyişlərin itirilməsinin qarşısının alınması məqsədilə məşğələlərin xüsusi karantin dövründə mütəmadi olaraq onlayn davam etdirilməsi nəzərdə tutulur.