Qəbələ Uşaq Ailələrə Dəstək Mərkəzi “Ağdamsız 27 il” adlı onlayn tədbir keçirdi

23 iyul 2020

Paylaş:

23 iyul 2020-ci il tarixində Qəbələ Uşaq Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ağdamsız 27 iladlı onlayn tədbir  keçirilib.

Qəbələ UADM-in əməkdaşları və könüllülərinin, eyni zamanda Heydər Əliyev Mərkəzinin işçi kollektivinin iştirakı ilə keçirilən tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ermənistan Silahlı Qüvvələrinin Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etməsindən danışılıb və döyüşlər zamanı şəhid olan həmvətənlərimiz haqqında məlumat verilib.

Tədbirin sonunda Ağdama həsr edilmiş şeirlər səsləndirilib.