“Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində keçirilmişdir.

24 iyun 2015

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında ziyanlı vərdişlərin yaratdığı fəsadlar və sağlam həyat tərzinin təbliği,  gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.3.7, 4.4.30, 4.4.34 bəndlərinin icrası məqsədilə “Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi həyata keçirilir. Layihə çərçivəsində növbəti tədbir 9 avqust 2016-cı il tarixində Gənclər və İdman Nazirliyinin nəzdində olan Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində keçirilmişdir.

 Layihə çərçivəsində keçirilən tədbirdə ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzi, reproduktiv sağlamlıq və digər mövzular ətrafında müzakirələr aparılmış, iştirakçıların mövzular ətrafinda sualları cavablandırılmışdır. Sonra tədbirdə iştirak edən yeniyetmə və gənclər komanda şəklində yarışaraq, narkomaniya və onun fəsadları barəsində qrup işləri hazırlamış, öz bilik və bacarıqlarını nümayiş etdirmişdir.

 Tədbirin sonunda iştirakçılara Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilmişdir.

 “Mən həyatı seçirəm!” adlı layihə çərçivəsində tədbirlərin digər şəhər və rayonlarda davam etdirilməsi nəzərdə tutulmuşdur