22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edirik

22 iyul 2020

Paylaş:

Hörmətli media nümayəndələri,

Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayırıq.

"Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız 145 illik tarixi ərzində ağır sınaqlarla üzləşərək bu günə gəlib çatıb. İnanırıq ki, siz də milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaqsınız.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi səmərəli əməkdaşlığa və ölkəmizdə mətbuatın inkişafı istiqamətində fəaliyyətinizə görə sizə təşəkkürünü bildirir.

Əziz jurnalistlər, sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, işinizdə obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayırıq.