“Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyələr” adlı bələdçi nəşr olundu

17 iyun 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyələr” adlı bələdçi nəşr olunub.

Çap materialının hazırlanmasında məqsəd yerlərdə gender bərabərliyinin təmin edilməis və qadın hüquqlarının müdafiəsi sahəsində mexanizmin təkmilləşdirilməsidir.

Gender komissiyasının vəzifələri və fəaliyyəti, gender üzrə məsul şəxslərin hüquq və vəzifələrinin əks olunduğu çap materialı yerli özünüidaretmə qurumlarında Gender komissiyalarının və yaxud Gender üzrə məsul şəxslərin təyin edilməsi onların yerli icmaların ictimai həyatında fəal olmalarını təşviq edir.

Komitə çap materialını gender bərabərliyinin təşviqi istiqamətində məqsədəuyğun sənəd hesab edərək, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrdə tətbiq edilməsini tövsiyə edir.

Bələdçidə rəhbər götürülən mexanizm və təkliflər GİZ-in həyata keçirdiyi “Yaxşı Yerli Özünüidarəetmə” Proqramı çərçivəsində ekspert qrupu tərəfindən işlənib hazırlanmış “Yerli özünüidarədə qadın iştirakçılığı: hüquqi və institusional mexanizmlərin şərtləndirdiyi mövcud vəziyyətə qısa baxış” adlı tədqiqata əsasən Komitənin, BDU-nun və GİZ ekspertlərinin iştirakı ilə hazırlanmışdır.

Kitabça ilə aşağıdakı linkdən istifadə edərək tanış ola bilərsiniz.

“Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyələr”