“Ailəm” müsabiqəsinin qalibləri müəyyənləşdi.

15 may 2020

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində elan etdiyi “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar ailələri ev şəraitində asudə vaxtını səmərəli və faydalı keçirməyə stimullaşdırmaq məqsədilə 6 Aprel 2020-ci il tarixində “Ailəm” müsabiqəsinə start verilmişdir.

Müsabiqəyə ümumilikdə 23 ailə tərəfindən 26 video və 17 foto material daxil olmuşdur. Ailələr tərəfindən anket və foto/video materiallar müsabiqədə iştirak üçün qəbul edilmiş, müsabiqənin məqsədinə uyğunluğu, materialın orijinallığı, keyfiyyəti, məzmunu kimi meyarlar əsasında münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. 

Müsabiqənin münsiflər heyəti tərəfindən Zaqatala rayonundan olan “Məmmədovlar” ailəsi ”Ailəm” müsabiqəsinin “Ən yaxşı foto material” nominasiyası üzrə, İsmayıllı rayonundan olan “Süleymanovlar” ailəsi  “Ən yaxşı video material” nominasiyası üzrə qalib seçilmişdir.

Qalib ailələrimizi bir daha təbrik edirik və məlumat üçün bildiririk ki, qaliblər üçün nəzərdə tutulmuş diplom və hədiyyələr ölkədə elan edilən karantin rejiminin qaydalarına uyğun olaraq sahiblərinə çatdırılacaq.