Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi olaraq uşaqlar arasında hər il keçirilən “Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışmaya start verir

20 aprel 2020

Paylaş:

“Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışma uşaqların dünyagörüşünün artırılması, yeni biliklərin əldə edilməsinə stimullaşdırılması, asudə vaxtın səmərəli təşkili, müxtəlif bölgələrimizdən olan uşaqlar arasında inteqrasiyanın yaradılması məqsədini daşıyır.

Hazırkı dövrdə qlobal pandemiyadan irəli gələrək və karantin dövrünün tələblərini nəzərə alaraq yarışmanın bu il onlayn formada keçirilməsi qərara alınmışdır.

“Qələbəyə doğru” kuboku uğrunda yarışmaya qatılmaq istəyən uşaqlar üçün Facebook-da qrup (link burada- https://www.facebook.com/groups/842493339579925/) yaradılmışdır.

Əziz uşaqlar, sizi bu yarışmada iştirak etməyə dəvət edirik.

Diqqət! Qrupa yalnız uşaqlar (18 yaşa qədər bütün uşaqlar) üzv ola bilər.
İştirak etmək istəyən uşaqlar 20 aprel 2020-ci il tarixindən 27 aprel 2020-ci il saat 12:00-a qədər qrupa üzv olaraq müraciət etməlidir.
Qrupa müraciət edən ilk 50 nəfər yarışmada iştirak hüququ qazanacaq.

Qrupa qoşulmaq üçün müraciət etdikdə sizdən 1) Ad, soyad, ata adınız 2) Doğum tarixiniz, yaşadığınız şəhər/rayon, məktəb və sinif 3) Mobil telefon nömrənizi yazmaq tələb ediləcək.

İştirakçının yalan məlumatlar daxil etməsi aşkarlanarsa yarışmadan kənarlaşdırılacaq.
Yaşı 18-dən yuxarı şəxslərin müraciəti qəbul edilməyəcək.

28 aprel 2020-ci il tarixindən 2 may 2020-ci il tarixinə qədər qrupun səhifəsində ümumilikdə 25 sual (gündə 5 sual verilməklə) təqdim ediləcək.

Suallara ən çox düzgün cavab verən uşaqlar arasından 3 uşaq (cavablar bərabər olduqda daha çox) seçiləcək və 3 may 2020-ci il tarixində saat 14:00-da onların arasından 1-ci yerin müəyyən edilməsi üçün Komitənin səhifəsində -https://www.facebook.com/AilQadinVUsaqProblemlriUzrDovltKomitsi/ onlayn sual-cavab yarışı keçiriləcək (ayrı-ayrılıqda hər iştirakçıya 5 sual veriləcək).
Yarışın qaydaları haqqında ətraflı məlumat qrupun səhifəsində təqdim olunur.
Qalib Komitə tərəfindən mükafatlandırılacaq.
Sizə uğurlar arzu edirik.