Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək

30 mart 2020

Paylaş:

Təlim Komitənin əməkdaşı, Böyük Britaniyada Beynəlxalq siyasət (Qloballaşma, Yoxsulluq və İnkişaf) sahəsi üzrə magistr təhsili almış və bu sahədə beynəlxalq təcrübəsi olan Fərid Ədilov tərəfindən aparılacaq.

Hazırda davam edən koronavirus pandemiyası və bununla əlaqədar ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq Komitə tərəfindən bir sıra tədbirlərin onlayn formada keçirilməsi planlaşdırılır.

Bu istiqamətdə növbəti tədbir olaraq uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda 1 aprel 2020-ci il, saat 14:00-da onlayn təlim keçiriləcək.

Təlim uşaqlara müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqların əldə edilməsi, bu bacarıqların inkişaf etdirilməsi və onlardan səmərəli istifadə yolları məsələlərini əhatə edəcək.

Təlim Komitənin rəsmi Facebook səhifəsində canlı yayım formasında keçiriləcək, verilmiş suallar cavablandırılacaq.

Əgər təlim sizlərə və tanıdığınız insanlara maraqlıdırsa, o zaman qoşulmanızı tövsiyə edirik.
Suallarınızı canlı yayım zamanı şərh bölməsinə yaza bilərsiniz.