“Beynəlxalq Sülh Günü”

22 sentyabr 2016

Paylaş:

Bildiyimiz kimi, 21 sentyabr dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Ölkəmizdə 21 avqustdan 21 sentyabradək elan edilmiş “Sülh aylığı” çərçivəsində digər dövlət qurumları kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən də müxtəlif tədbirlər həyata keçirilmişdir. Tədbirlərin keçirilməsində məqsəd əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli mənəvi dəyərlərini təbliğ etməkdir.

“Sülh aylığı” çərçivəsində uşaqların əl işlərindən təşkil olunmuş sərgilərdə  uşaqlar sülhlə bağlı rəsmlər çəkib şüarlar yazmışdılar. UADM-lər tərəfindən uşaqların rayon ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksinə səfəri təşkil edilmişdir. Qadınların iştirakı ilə keçirilən tədbirlərdə isə iştirakçılara sülhün bərqərar olunmasında fəaliyyət göstərmiş azərbaycanlı diplomat qadınlar haqqında məlumat verilmişdir.