Saatlıda narkomaniya ilə bağlı tədbir keçirilib

28 yanvar 2020

Paylaş:

Yanvarın 28-i Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Saatlı Peşə liseyində   “Narkomaniyaya qarşı mübarizə” adlı tədbir keçirib. Tədbirdə UADM-in əməkdaşları, peşə liseyinin müəllim və şagird kollektivi olmaqla ümumilikdə 90 nəfər iştirak edib.

Tədbir zamanı narkomaniyanın törətdiyi fəsadlardan, gənc və yeniyetmələri oğurluğa, cinayətə sövq etməsindən, ölümə aparmasından və ailələrin dağılmasına səbəb olmasından danışılıb.

Sonda “Narkomaniya” adlı film nümayiş olunub, iştirakçılara  mövzunu əhatə edən bukletlər paylanılıb.