Sabirabadda “Narkomaniya və onun fəsadları” adlı tədbir keçirilib

6 fevral 2020

Paylaş:

Fevralın 6-ı Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində “Narkomaniya və onun fəsadları” adlı tədbir keçirilib. Tədbirdə UADM-in əməkdaşları, müəllim və şagird kollektivi olmaqla ümumilikdə 35 nəfər iştirak edib.

Tədbirdə narkomaniyanın törətdiyi fəsadlardan, gənc və yeniyetmələri oğurluğa, cinayətə sövq etməsindən, ölümə apardığından, ailələrin dağılmasına gətirib çıxarmasından danışılıb.

Sonda “Narkomaniya və onun fəsadları” adlı film nümayiş olunub, iştirakçılara  mövzunu əhatə edən bukletlər paylanılıb.