Xocalı faciəsindən 28 il ötür

25 fevral 2020

Paylaş:

1992-ci il fevralın 25-dən 26-na keçən gecə  Xocalıda baş verən soyqırım Azərbaycan tarixinin ən faciəli səhifələrindəndir. 

Həmin gecədə Xocalı rayonu üzrə 613 nəfər vəhşicəsinə qətlə yetirildi ki, 8 ailə bütövlükdə məhv edildi, bunlardan 106 nəfəri qadın, 76-sı uşaq (Komitənin apardığı araşdırmaya əsasən), 70-i isə qoca idi. İtkin düşən uşaqların sayı 37, girov götürülüb və azad olan uşaqların sayı 121, əlil uşaqların sayı 77, hər iki valideynini itirən uşaqların sayı 25, valideynlərindən birini itirən uşaqların sayı 188-dir. Bundan əlavə 1 275 nəfər əsir, 150 nəfər itkin düşüb, 478 nəfər  düşmən gülləsindən yaralanıb.

Ümumilikdə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində zərər çəkən uşaqlar  2273, həlak olan qadınlar 199, əsir və girov götürülən  və azad olan uşaqlar 195, əlil olan uşaqlar  100, itkin düşən qadınlar 41, valideyinlərindən birini itirən uşaqlar 1593, hər iki valideynini itirən uşaqlar 49, girovluqda olan uşaqlar 8,  minaya düşən uşaqlar 8, 1994-cü il atəşkəs elan olunduqdan sonra erməni təxribatı nəticəsində öldürülən və yaralanan uşaqların sayı isə 32 nəfərdir.

Xocalıda həmin gecə baş verən faciədə, eləcə də erməni təcavüzü nəticəsində həlak olan bütün şəhidlərimizi ehtiramla yad edirik. İnanırıq ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ədalət bərqərar olacaq, xalqımızın haqq səsi eşidiləcək. Arzu edirik işğal altında olan torpaqlarımız tezliklə geri qaytarılsın və köçkünlərimiz öz doğma torpaqlarına qayıtsınlar.