Qadınların məşğulluğunun artırılması mövzusunda maarifləndirici tədbir keçirilib

22 yanvar 2020

Paylaş:

Yanvarın 22-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi qadınların məşğulluğunun artırılması mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə iştirakçı xanımların bilik və bacarıqlarından söhbət açılmış, onların məşğulluğunun artırılması məqsədi ilə təşkil olunmuş layihələrə qoşulmaları haqqında məlumatlar və  informasiya texnologiyalarından istifadə bacarıqlarına yiyələnmələrinə dair məsləhətlər verilmişdir.                                                                

Tədbirin sonunda mərkəzdə fəaliyyət göstərən dərnək və kursları əks etdirən bukletlər paylanılıb.