”Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib

17 dekabr 2019

Paylaş:

Dekabrın 17-i Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində  ”Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib. Tədbirdə UADM-in əməkdaşları və  rayon sakinləri iştirak ediblər.

Tədbirdə narkotik vasitələrin insan sağlamlığına və həyatına vurduğu ziyandan, narkomaniya ilə mübarizədən danışılıb. Valideynlər narkomaniyanın uşaqlara təsirindən danışıblar. İştirakçılar narkomaniya ilə mübarizə haqqında təkliflər veriblər.

Tədbirin sonunda tədbir iştirakçılarına mövzunu əhatə edən bukletlər paylanılıb.