Zaqatala UADM-ın əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər

6 dekabr 2019

Paylaş:

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ağacın əkilməsi təşəbbüsü ilə  Zaqatala rayonunda keçirilən ağacəkmə aksiyasına Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları da iştirak ediblər.

Bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.