Ağdam UADM tərəfindən “Bizi seçməyin” adlı tədbir keçirilib

3 dekabr 2019

Paylaş:

Dekabrın 3 Ağdam UADM tərəfindən Əlillər günü münasibəti ilə “Bizi seçməyin” adlı tədbir keçirilib. Tədbirdə UADM-in əməkdaşları, mərkəzdən bəhrələnən 18 nəfər sağlamlıq imkanları məhdud uşaqlar və  valideynlər iştirak ediblər.

Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək tövsiyyə edilib. Bu gün ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlillərə diqqətinin bariz nümunəsinin olduğu vurğulanıb.

Tədbirin sonunda mərkəz tərəfindən uşaqlara alınan isti jaketlər və papaqlar təqdim edilib.