“Azərbaycanın şagird və elmi marağı olanların virtual-mərkəzləşmiş ünsiyyət, müzakirə və tədris portalı” adlı layihə

2 dekabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyi “Azərbaycan Gənclər Fondu”nun maliyyə dəstəyi ilə “Azərbaycanın şagird və elmi marağı olanların virtual-mərkəzləşmiş ünsiyyət, müzakirə və tədris portalı” adlı layihənin icrasına başlayıb.

Layihə çərçivəsində uşaqların internet təhlükəsizliyi, onların zərərli informasiyalardan qorunması, uşaq hüquqlarının müdafiəsi, onların liderlik keyfiyyətlərinin artırılması və digər mövzularda uşaqların maarifləndirilməsi nəzərdə tutulub.

Layihənin ilk mərhələsində yaradılacaq sistemin alqoritmik və texnoloji strukturnun formalaşdırılması və proqramlaşdırılmasına start verilmişdir. Nəticədə veb və mobil proqram təminatının ilkin forması hazırlanaraq ictimaiyyətə internet resursları vasitəsilə təqdim olunması nəzərdə tutulur.
Layihənin məqsədi şagird və elmi marağı olanların öz aralarında və müəllim heyəti ilə canlı formada ünsiyyət quraraq məsələ və problemlərin həll olunması istiqamətində fəaliyyətin aparılmasını həyata keçirilməsini nəzərdə tutur. Şagirdlərin bir-biriləri ilə tədris müddəti ərzində öyrəndikləri məlumatların müzakirələr nəticəsində daha da təkmilləşdirilməsini nəzərdə tutur.

Layihə çərçivəsində yaradılacaq sistem və ondan istifadə ilə bağlı olaraq Bakı şəhərində universitetlər və məktəblilər arasında məlumatlandırma sessiyaları təşkil edəcək.
Ümumilikdə, keçirilən maarifləndirici tədbirlər çərçivəsində və sosial internet resurslarında 10000 nəfərə yaxın elmə marağı olan və xüsusən tələbə və şagird heyyətinin faydalanacağı hədəf qoyulmuşdur.