Komitə sədri Hicran Hüseynovanın Qazaxıstanın dövlət katibi Gulşara Abdıkalikovanın başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüşü keçirilib

30 sentyabr 2016

Paylaş:

30 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Beynəlxalq Humanitar Forumu ilə əlaqədar ölkəmizə səfər edən Qazaxıstan Respublikasının Dövlət katibi Gulşara Abdıkalikovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Görüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Qazaxıstan Respublikasının Dövlət katibi Gülşara Abdıkalikovanın rəhbərlik etdiyi nümayəndə heyəti, Komitənin sədr müavini Sədaqət Qəhrəmanova və Komitə əməkdaşlarının iştirakı ilə keçirilib.

Görüş çərçivəsində Komitənin sədri Hicran Hüseynova Qazaxıstan və Azərbaycan arasında qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı ikitərəfli əməkdaşlıq müqaviləsinin bağlanılmasını təklif edib.

Qazaxıstan Respublikasının Dövlət katibi Gulşara Abdıkalikova Azərbaycan Respublikası ilə bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib. Xanım Gulşara Abdıkalikova Qazaxıstanın məişət zorakılığı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadınların irəli çəkilməsi ilə bağlı ölkənin təcrübəsi ilə bölüşdü.

Xanım Hicran Hüseynova son vaxtlar ali təhsil ocaqlarında qızların iqtisadiyyatda, neft-kimya, texniki elmlərə maraqların çoxalmasını qeyd edib. Ümumiyyətlə sahibkar qadınların sayının artırılmasının vacibliyini vurğulayıb.

Dövlət katibi Gulşara Abdıkalikova 2017-ci ildə ölkədə iqtisadi Forumun (EKSPO) keçirilməsi və konfrans çərçivəsində qadın sahibkarlığının inkişafı mövzusuna bir hissənin həsr edilməsi ilə bağlı məlumatı açıqlayıb və Komitənin sədrini bu konfransa dəvət edib. Dövlət katibi Gulşara Abdıkalikova müzakirə çərçivəsində Qazaxıstanda 40% kiçik sahibkarların qadınlar olduğunu, maliyyə-kredit imtiyazlarının tədbiqini və Parlamentdə qadınların 27% təmsil edildiyini bildirib.

Bundan başqa Hicran Hüseynova Ailə və Uşaqlara Dəstək Mərkəzlərin fəaliyyəti, ali təhsil ocaqlarında gender bərabərliyi və ailə hüququ fənlərin tədrisi haqqında qonaqlara məlumatı çatdırıb.

Xanım sədr ikitərəfli əməkdaşlığın genişləndirlməsinin vacibliyini vurğulayaraq Azərbaycanın və Qazaxıstanın inkişafına müsbət təsir göstərəcəyini bildirib.