Zərdabda “İnsan alverinin qurbanı olma riskinin azaldılması” tədbir keçirilib

27 noyabr 2019

Paylaş:

27 noyabr 2019-cu il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Məşədi Əzizbəyov  adına Dəkkəoba kənd məktəbində  “İnsan alverinin  qurbanı  olma  riskinin  azaldılması” məqsədi ilə  maarifləndirici tədbir keçirilib.

Tədbirdə şagirdlərə insan alveri haqqında məlumat verilib. Bildirilib ki, insan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Qeyd edilib ki, insan alverinə məruz qalanlar məcburi əmək, yaxud insan alverinin meydana çıxan digər formalarına, o cümlədən mütəşəkkil şəkildə dilənçilik, müavinətlərlə dələduzluq, ev köləliyi və məcburi nikah kimi hallara cəlb olunurlar. Vurğulanıb ki, insan alveri dünyada bütün ölkələrdə baş verə bilən cinayətdir. Bundan başqa şagirdilərə insan alveri halları ilə qarşılaşdıqda onunla mübarizə aparmağın yolları haqqında məlumat verilib.

Sonda isə şagirdlərə  maarifləndirici çap materialları paylanılıb.