“Qadınlara və Qızlara Qarşı Zorakılığa Son Qoyaq” adlı Dəyirmi Masa keçiriləcək

22 noyabr 2019

Paylaş:

Gender Zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası 25 noyabr Beynəlxalq Qadınlara qarşı Zorakılığın aradan Qaldırılması Günü tarixindən başlayaraq 10 dekabr İnsan Hüquqları Günü tarixinədək davam edən beynəlxalq kampaniyadır. Kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.

 Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  Birləşmiş Millətlər Təşkilatı ilə birgə “Qadınlara və Qızlara Qarşı Zorakılığa Son Qoyaq” adlı Dəyirmi Masa keçirəcəkdir.

 Tədbirdə eyni zamanda, millət vəkilləri, beynəlxalq təşkilatlar, dövlət qurumları, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qruplarının rəhbərləri, vətəndaş cəmiyyəti və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edəcəklər.

Tədbir 25 noyabr 2019-cu il tarixində  saat 11.00-da “Boulevard Hotel” mehmanxanasının “Taghiyev” zalında  keçiriləcəkdir.