Göygöl UADM “Beşdən biri” adlı maarifləndirici tədbir keçirib

18 noyabr 2019

Paylaş:

18 noyabrda Göygöl UADM  Göygöl rayon Quşçu kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin zorakılıq mövzusunda maarifləndirilmə işinin güclənməsi məqsədi ilə “Beşdən biri” adlı maarifləndirici tədbir keçirib.

Şagirdlərə uşaqlara qarşı törədilən zorakılıq halları haqqında təqdimat nümayiş etdirərək, onlara qarşı törədiləcək zorakılıqlardan necə qorunmaq barədə məlumatlandırılıblar. Zorakılıqla qarşılaşdıqda nə etməli və kimə müraciət etməli olduqları haqqında tövsiyələr verilib.

Tədbirin sonunda iştirakcılara video çarx nümayiş olunub, maraqlandırılan suallar cavablandırılıb və bukletlər paylanılıb.