Göygöldə “Hüquqlarını bil və özünü qoru”adlı maarifləndirici tədbir keçirilib

20 noyabr 2019

Paylaş:

20 noyabrda Göygöl Uşaq Ailələrə Dəstək Mərkəzində Uşaq Konvensiyası günü ilə əlaqəli və zorakılıq mövzusunda  “Hüquqlarını bil və özünü qoru”adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə mərkəzdən bəhrələnən uşaqlar və valideynləri iştirak edib.

Tədbirdə uşaqlara uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib. 

Tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib, maarifləndirici bukletlər paylanılıb, uşaqları marağlandıran suallar cavablandırılıb və uşaqlara hədiyyələr təqdim olunub.