Avropa Şurasının saytında Komitənin fəaliyyətindən bəhs edilib

20 noyabr 2019

Paylaş:

18 noyabr - Uşaqların Cinsi İstismardan Müdafiəsi günü idi. Lanzarote Konvensiyasının təsdiq edilməsi ilə bağlı olaraq bu gün ölkəmizdə xüsusi qeyd edildi. Komitənin təşkil etdiyi bir sıra maarifləndirici tədbirlər, təlimlər və kampaniyalar keçirildi. Avropa Şurasının saytında digər bu günü qeyd edən ölkələrlə yanaşı Azərbaycanda da görülən işlərdən söhbət açılıb. Ölkəmizdə keçirilən maarifləndirmə işi yüksək qiymətləndirilib və Komitənin fəallığı diqqətə çatdırılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin noyabrın 14-dən etibarən 11 regionda keçirdiyi faydalı təlimlər, Sabunçu rayonundakı Monitorinq qruplarının iştirakı ilə keçirilən təlimdən bəhs edilib. Bundan əlavə Komitənin Avropa Şurasının hazırladığı poster, leflet, bukletləri və “Kiko və Əl” videosunu tərcümə etdiyi qeyd edilib. Bununla yanaşı Azərbaycan televiziyasında və ASAN radionun efirində bu günlə bağlı müsahibələrdən danışılıb.  

Saytda verilən məlumatlardan başqa Lanzarote Komitəsinin sədr müavini Porte Mixael 18 noyabrla bağlı Azərbaycanda keçirilən fəaliyyətlərə görə Avropa Şurasının təbriklərini və şəxsi təşəkkürünü Komitəyə bildirib.