Qəbələdə “Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunması” adlı tədbir keçirildi

14 noyabr 2019

Paylaş:

14 noyabr 2019-cu il tarixində Qəbələ Uşaq Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Uşaq hüquqları aylığı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunması” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-in əməkdaşları, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və şəhər məktəblərinin şagirdləri iştirak edib.

Bidirilib ki, müasir dövrümüzdə uşaqlara qarşı müxtəlif hadisələrlə- zorakılıqlarla, qeyri-insani münasibətlərlə, uşaq əməyinin istismarı ilə qarşılaşırıq. Azərbaycanda uşaqların cinsi zorakılığa məruz qalması halları geniş yayılmasa da, bundan sığortalanmış da deyilik. Bu cür cinayət halları bütün dünyanın problemidir. Cinsi zorakılığa məruz qalmış qurban uşaqlardırsa və ona lazımi kömək göstərilməyibsə, həmin uşaq uzun zaman bu təcavüzün mənfi təsiri altında qalır. Sonra öz tərəf müqabillərinə qarşı zorakı olurlar.

Tədbirin sonunda iştirakçılara tövsiyələr verilib.