Sabirabad və Zərdabda “Kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakının təmin edilməsi” adlı tədbir keçirildi

15 noyabr 2019

Paylaş:

15 noyabr 2019-cu il tarixində Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi, Asan Xidmət Mərkəzi əməkdaşları və gənc könüllülərin iştirakı ilə H.Z.Tağıyev adına tam orta məktəbdə, Zərdab UADM-in təşkilatçılığı ilə Gəlmə kənd Bələdiyyəsində “Kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakının təmin edilməsi” adlı tədbir keçirilib.

Tədbirdə iştirakçılara hüquqları haqqında məlumat verilib və kəndin sosial-ictimai həyatında fəal iştirakın təmin edilməsi məqsədi ilə, bacarıq və potensiallarının inkişaf etdirməkləri haqqında məsləhətlər verilib. İştirakçılara cəmiyyətdə fəal iştiraklarının onların məsuliyyətli vətəndaş kimi yetişməsində rolunun önəmli olmasından danışılıb, daha aktiv olmalarına dair tövsiyələr verilib.