Qəbələdə “17 noyabr Milli Dirçəliş günüdür” adlı tədbir keçirildi

15 noyabr 2019

Paylaş:

15 noyabr  2019-cu il tarixində Qəbələ Uşaq Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Regional ASAN xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ Heydər Əliyev Mərkəzində “17 noyabr Milli Dirçəliş günüdür” adlı tədbir keçirilib.

Tədbirdə Qəbələ UADM əməkdaşları, Qəbələ Heydər Əliyev Mərkəzinin və Diyarşünaslıq muzeyinin əməkdaşları, Regional Asan xidmət mərkəzinin nümayəndələri iştirak edib.

Qeyd edilib ki, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mintiqi başladı. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinq dağıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. Bildirilib ki, 1992-ci il noyabrın 17-i tarixindən Milli Dirçəliş günü dövlət səviyyəsində qeyd olunur.

Tədbirin sonunda təqdimat və Qəbələ UADM-in qeydiyyatında olan uşaqların hazırladıqları şeirlər nümayiş etdirilib.