Saatlı UADM tərəfindən “Uşaq əməyinin istismarı” məqsədi ilə reyd keçirilib

14 noyabr 2019

Paylaş:

Saatlı UADM 2019-cu il fəaliyyət planına əsasasən uşaq hüququ aylığı çərçivəsində “Uşaq əməyinin istismarı” məqsədi ilə rayonun maşınyuma məntəqələrində, çayxanalarda reyd keçirib. 10-dan çox məntəqə ziyarət edilib. Ziyarət edilən çayxanalarda azyaşlı olmasa da maşınyuma obyektlərində azyaşlılar işləyirdi. Onlarla söhbət əsnasında məlum olub ki, obyekt rəhbərləri onların əməyini layiqincə qiymətləndirsələr də onlarla əmək müqaviləsi bağlamayıblar. Təhsil aldıqları müəssisələrdə onlarla maraqlanan olmamışdır. Azyaşlılar və obyekt rəhbərlərin Mərkəz əməkdaşları tərəfindən Uşaq Hüquqları Konvensiyasının 32-ci, ƏM 42, 249, 251 maddələri, Nazirlər Kabinetinin 2000 ci il 24 mart tarixli 58 nömrəli qərarı ilə, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin 9, 10, 51-ci maddələri ilə tanış edilib. Saatlı UADM tərəfindən azyaşlılar haqqında məlumat toplayaraq lazımi tədbir görülməsi məqsədilə təhsil şöbəsinə göndərilib.