Nayrobi Sammiti ayrı-ayrı panellər üzrə davam edib

13 noyabr 2019

Paylaş:

Noyabrın 13-ündə Nayrobi Sammiti ayrı-ayrı panellər üzrə davam edib. Qızların qərar qəbul etmədə iştirakı və bunun inkişaf prosesinə təsiri mövzusunda keçirilən panel iclasına rəhbərlik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova panel iştirakçılarını salamlayaraq Azərbaycanda bununla bağlı görülən işlərdən ətraflı məlumat verib. Çıxışın mətnini təqdim edirik:  

“Qızların  lider bacarıqların  inkişafına investisiyaların qoyulması, yalnız onların gələcəyinə yox, həmçinin cəmiyyətin gələcəyinin rifahına təsir göstərir. Hər bir qız öz gələcəyinə cavabdeh olmalıdır və hamımızın bu məqsədə çatması üçün ona bu şəraitin yaradılması üçün əlimizdən gələni etməliyik. Etiraf edək ki, səlahiyyətlərin gücləndirilməsi evdə və cəmiyyətdə başlayır. Atalar və qızlar arasındakı etimad və hörmət mühiti müvəffəqiyyətli qadın yetişdirmək üçün zəruri komponentlərdən biridir. Ataların ailədə qərarverici rolunu əsas tutaraq, qız uşaqlarının ailədə və cəmiyyətdə dəyərlərinin təbliği və ailədə zorakılığın qarşısının alınması məqsədi ilə biz "Atalar və Qızlar" layihəsini başlatdıq. UNFPA ilə keçirdiyimiz birgə layihənin bir hissəsi olaraq  bu layihə qız uşağının yetişdirilməsində atanın həlledici rolunu gücləndirmək məqsədi daşıyır.

Biz həmçinin, dini və yerli icma rəhbərlərinin qız uşaqların hüquqlarının təşviqi üçün geniş təbliğat kampaniyaları başlatdıq.  Problemlərin həlli, komanda qurma, ünsiyyət və liderlik bacarıqlarının artırılmasına xidmət edən icma əsaslı və idman proqramlarının rolunu nəzərə alaraq, daha çox qızların yalnız rasional hesab olunan kişilərdə də idmana daha çox cəlb edilməsi üçün bir sıra kampaniyalara başlamışıq.

Futbol Federasiyaları Assosiasiyasının, UNICEF-in, Gənclər və İdman Nazirliyinin  birgə təşkilatçılığı  ilə qızların ictimai həyatın müxtəlif sahələrində fəallıqlarının artırılması istiqamətində keçirilən "Qızlar Bacarır" Gənclər Forumlarını vurğulamaq lazımdır. Hər bir qızın məktəbə getmək, zorakılığın və şiddətin  hər hansı bir formasından qorunmaq, səhiyyə xidmətlərindən istifadə etmək, habelə ictimai həyatda tam iştirak etmək hüququ vardır.  Bunları edən zaman həssas kateqoriyadan olan şəxslərə xüsusi diqqət yetirməliyik, əsas da qaçqın və məcburi köçkün qızların cəmiyyətə tam inteqrasiya olunmalarına şərait yaratmalıyıq. Ailələrlə daha çox işlər görməliyik, o cümlədən fərqli müsbət və güclü qadın rol modellərini nümayiş etdirməliyik.

Qızların və qadınların iş seçimində gender stereotiplərinə qarşı mübarizənin aparılması, onların iqtisadiyyatın qeyri-ənənəvi sahələrinə marağın göstərilməsi və işlə təmin olunması istiqamətində maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyətə malikdir.

Gənc qızların potensiallarını reallaşdırmasına və  inamlı olmalarına kömək etmək üçün fürsətlər yaratmaq çox vacibdir.  Məsələn, Azərbaycanda indi daha çox qızların elm, texnologiya, mühəndislik və rəqəmsal sahibkarlıq sahələrində karyera qurmaları üçün çalışırıq . Və biz  həqiqətən də çalışırıq ki, ölkəmizdə gender bərabərliyini təmin etmək üçün daha çox işlər görək.

Panel digər dövlət nümayəndələrinin məruzələri ilə davam etmişdir.  Panelin sonunda ətraflı müzakirələr aparılıb.