Ağdamda məişət zorakılığı ilə bağlı tədbir keçirilib

7 noyabr 2019

Paylaş:

Noyabrın 7-si  Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi 53 saylı köçkün tam orta məktəbində “Məişət zoraklığı - Uşaq hüquqlarının pozulmasının səbəbidir” mövzusunda tədbir keçirib. Tədbirdə Ağdam UADM əməkdaşları və şagirdlər iştirak ediblər.

Tədbirdə uşaqlara qarşı hansı formada zorakılıqların baş verməsi, kimlərin zorakılığa daha tez məruz qala biləcəyi və bunun qarşısının alınması barədə mərkəz işçilərinin mühazirələri dinlənilib. Qey edək ki, tədbir Uşaq hüquqları aylığı ərəfəsində keçirilib. Tədbirdə uşaqlara qarşı zorakılıq əməllərinin formaları haqqında məlumat verilib,  yeni qəbul edilmiş Lanzarote Konvensiyasının məqsədləri izah edilib. Tədbirdə sosial işçilər tərəfindən ailə-məişət zəmnində və ya etibar edilən mühitdə baş verən zorakılıqların gələcəkdə həmin uşaqların  pisxoloji problemlərlə üzləşmə ehtimalının artması barədə də  məlumat verilib.

Tədbirin sonunda iştirakçılara Məişət zorakılığı, Uşaq hüquqları Konvensiyası və Lanzarote Konvensiyasından bəhs edən bukletlər və məlumatlandırma vərəqələri paylanılıb.