Komitə əməkdaşı Ankarada İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib

6 noyabr 2019

Paylaş:

2019-cu il 6 noyabr tarixində Ankara şəhərində  “İslam Əməkdaşlıq Təşkilatı” ına  üzv ölkələrində “ana və uşaq ölümləri: 2030 hədəflərinə doğru irəliləyiş” mövzusunda yoxsulluğun azalması üzrə işçi qrupunun 14-cü iclası  keçirilib.

İclasda Oman, Pakistan, Fələstin, Qətər, Tunis, Türkiyə, Zambiya, Benin  Misir, İndoneziya, İraq, Morokko, Nigeriya və Azərbaycan iştirak edib. Tədbirdə ölkəmizi Səhiyyə nazirliyinin İnformatika və statistika idarəsinin rəisi Şahin Xasiyev və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri  şöbəsinin müdiri Cəmilə Bağırova təmsil edib.