“Reproduktiv sağlamlıq. Erkən nikahların fəsadları” mövzusunda tədbir keçirilib

1 noyabr 2019

Paylaş:

2018-ci ilə ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsilli müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məlumatları) və QİŞS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilir.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarında yerləşən ilk peşə-ixtisas təhsil müəssisələrində planlaşdırılır. Növbəti tədbir 1 noyabr 2019-cu il tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 15 nömrəli Bakı Peşə Liseyində “Reproduktiv sağlamlıq. Erkən nikahların fəsadları” mövzusunda qız tələbələri üçün keçirilib.

Tədbiri giriş sözü ilə açan liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Yaqut  İsgəndərova tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbir keçirilməsinin əhəmiyyətini vurğulayub. O, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli tədbir iştirakçılarına Komitənin iş istiqaməti və fəaliyyəti haqqında məlumat verərək, hal-hazırda ailələri narahat edən problemlərdən, nikahın pozulmasının nəticəsində yaranan problemlərdən, ailədə zorakılığın, erkən nikahın, qan qohumluğun, insan alverin, qeyir-rəsmi nikahın fəsadlarından söhbət aparıb.

Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai-səhiyyə İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini, epidimioloq Lətafət Dadaşova “Reproduktiv sağlamlıq. Erkən nikahların fəsadları”  mövzusunda prezentasiya nümayiş etdirib və çıxış edib.

Sonra Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub və “Azərbaycan Ailəsi” Film Festivalına təqdim olunan milli-mənəvi, eləcə də ailə dəyərlərindən bəhs edən “Onlardan biri mənəm” qısametrajlı film, və cəmiyyətdə bu mövzuda mövcud olan problemlərdən bəhs edən “Sonradan” adlı sosial çarx nümayiş edilib.