Hacıqabulda “Narkotiksiz həyat!” adlı maarifləndirici tədbir keçirilib

30 oktyabr 2019

Paylaş:

30 oktyabr 2019-cu il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən Hacıqabul şəhər 9 saylı tam orta məktəbdə “Narkotiksiz həyat” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, RPŞ-nin əməkdaşları, MRX-nin həkim-narkoloqu, RİH-nin əməkdaşları, İdman və Turizm İdarəsinin əməkdaşı, məktəb şagirdləri və müəllimələr iştirak edib.

Narkomaniya əleyhinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtın səmərəli təşkili və onlarda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumatlar verilib.

Sonda mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və bukletlər  paylanılıb.