Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin mütəxəssisləri üçün “ART terapiyanın əsasları” adlı təlim keçiriləcək

22 oktyabr 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Respublikanın 11 rayonunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin uşaq inkişafı mütəxəssislərinin fəaliyyətinin səmərəliliyini artırmaq və müraciətçilərə daha yüksək xidmət göstərmək məqsədilə İsrail Dövlətinin Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “ART terapiyanın əsasları” adlı təlim təşkil edir.

19-20 oktyabr 2016-cı il tarixlərində 10:00-da keçirilməsi nəzərdə tutulan seminarda təlimçi qismində İsrail Dövlətindən dəvət olunmuş xanım Orly Yosevzon iştirak edəcək. Təlimin mövzusu art terapiyanın əsasları və  metodalogiyası, art terapiyanın praktikada tətbiqidir.

Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa  dəvət edirik.

Ünvan: Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi (Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Almas İldrım küçəsi, dalan1)