Goranboyda “Sağlam həyat tərzi. Sağlam qidalanma nədir?” adlı tədbir keçirilib

21 oktyabr 2019

Paylaş:

21 oktyabr 2019-cu il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən Goranboy şəhər İnternat məktəbdə “Sağlam həyat tərzi. Sağlam qidalanma nədir?” adlı tədbir keçirilib. Tədbirdə Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, müəllimlər və aztəminatlı, qaçqın və tək ailə başçısı olan şəxslər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri zərərli vərdişlərdən və onların qeyri-sağlam qidalanma nəticəsində yaranan xəstəliklərdən, ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzi ilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirməkdən ibarətdir.

Bildirilib ki, sağlamlığın əsas şərtləri idmanla məşğul olmaq, düzgün qidalanmaq,  gigiyena qaydalarına riayət etməkdir. Sağlamlığın əsas şərtlərindən biri olan idman  insanları həm formada saxlayır, həm də bədəndə olan bəzi artıq piy piqmentlərini əridir. Həmçinin  qeyd edilib ki, düzgün yuxu rejimi qurmaq və gigiyenik qaydalarına əməl etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək sağlamlığın prinsiplərindəndir.

Tədbir zamanı suallara ətraflı cavab verilib və maarifləndirici liflet və bukletlər paylanılıb.