Şüvəlanda “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib

23 oktyabr 2019

Paylaş:

Ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılması, məişət zorakılığı hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

23 oktyabr 2019-cu il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən Cəbrayıl rayon 156 saylı orta məktəbdə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və məktəb şagirdlər iştirak edib.

Qeyd edilib ki, bir çox hallarda məişət zorakılığının qurbanı olan şəxslər onlara qarşı törədilənlər barədə susur və bunlara dözməklə davam edir. Onlar qorxudan yaxud utandıqlarından bu barədə heç kimə heç nə söyləmirlər, eyni zamanda yeni zorakılıq burulğanına düşməkdən ehtiyat edirlər. Lakin unudurlar ki, bununla da həmin şəxslər özlərinin və yaxınlarının həyatını dahada təhlükəyə atırlar. Çünki tədqiqatlar göstərir ki, zorakılıq törədən şəxslərin əməlləri cəzasız qalanda onlar  yenidən həmin hərəkətləri törədərək ətrafındakı insanların həyatı üçün təhlükəli hala çevirirlər. Məlumat verilib ki, cəmiyyətimizdə zorakılıq hallarının qarşısının alınması istiqamətində fəaliyyət göstərən dövlət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və digər qurumlar vardır. Məlumat verilib ki, cinayət törədilən zaman ilk növbədə yaşadığı yerə ən yaxın olan polis bölməsinə müraciət etmək yaxud Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 saylı qaynar xəttinə zəng etmək lazımdır.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və bukletlər paylanılıb.