Komitənin sədr müavini Aynur Sofiyeva Lerikdə vətəndaşları qəbul edib

22 oktyabr 2019

Paylaş:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 22 oktyabr 2019-cu il tarixində Lerik  rayonunda  vətəndaşların qəbulunu keçirib.   

Qəbulda Lerik, Yardımlı rayonundan olan sakinlər iştirak edib. Qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb.

Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbul başa çatdıqdan sonra Lerik rayon Heydər Əliyev Mərkəzində uşaqlarla görüş keçirilib. Uşaq hüquqları, asudə vaxtın səmərəli təşkili, uşaq iştirakçılığı və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb, uşaqların fikir və təklifləri dinlənilib.