3 nömrəli Uşaq evində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib

18 oktyabr 2019

Paylaş:

YAP Respublika Qadınlar Şurasının və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 18 oktyabr 2019-cu il tarixində Xətai rayonunda yerləşən 3 nömrəli Uşaq evində Azərbaycanın Dövlət Müstəqilliyi Gününün qeyd edilməsi məqsədi ilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, YAP Respublika Qadınlar Şurasının üzvləri, Millət vəkilləri iştirak edib. Rəsmi çıxışlardan sonra Uşaq evinin uşaqlardan ibarət bədii kollektivinin çıxışı nümayiş olunub.