“Qohum evlilikləri və talassemiya” mövzusunda tədbir keçirilib

16 oktyabr 2019

Paylaş:

2018-ci ilə ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsilli müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məlumatları) və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilir.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarında yerləşən ilk peşə-ixtisas təhsil müəssisələrində planlaşdırılır. Növbəti tədbir 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzinin 6 nömrəli Bakı Peşə Liseyi  “Qohum evliliyi və talassemiya” mövzusunda liseyin qız və oğlan tələbələri üçün keçirilib.

Tədbiri giriş sözü ilə açan liseyin psixoloqu Yaqut Rzayeva tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbir keçirilməsinin əhəmiyyətini vurğulayub. O, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli tədbir iştirakçılarına Komitənin iş istiqaməti və fəaliyyəti haqqında məlumat verərək, rəsmi nikahın vacibliyindən, qeyri-rəsmi nikahdan yaranan fəsadlardan, nikah pozulmuş ailələrdə uşaqların yaşatdığı mənəvi sarsıntılardan, məişət zorakılığı və onun növlərindən bəhs edib. O, həmçinin hal-hazırda ailələri narahat edən problemlərdən, nikahın pozulmasının nəticəsində yaranan problemlərdən, ailədə zorakılığın, erkən nikahın, qan qohumluğun, insan alverin, qeyri-rəsmi nikahın fəsadlarından söhbət açıb.

Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai-səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti, epidemioloq Lətafət Dadaşova “Qohum evlilikləri və talassemiya” mövzusunda çıxış edərək, talassemiya haqqında ümumi məlumat verib, bu və bu kimi digər xəstəliklərin yaranmasında genetikanın, qan qohumluğunun əsasında dayandığını deyib. Bütün bunları nəzərə alaraq nikahdan əvvəl tibbi müayinənin vacibliyini vurğulanıb.

Sonra Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub və “Azərbaycan Ailəsi” Film Festivalına təqdim olunan milli-mənəvi, eləcə də ailə dəyərlərindən bəhs edən “Ailə bir ağacdır” qısametrajlı film və cəmiyyətdə mövcud olan problemlərdən bəhs edən “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş edilib.